İtaliyanın Solferino şəhərində BQXF və İtalyan Qızıl Xaç tərəfindən “Avropa və Mərkəzi Asiya Gənclər Şəbəkəsinin” (ECAYN) ilk "Gənclər Liderliyin Görüşü" keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / İtaliyanın Solferino şəhərində BQXF və İtalyan Qızıl Xaç tərəfindən “Avropa və Mərkəzi Asiya Gənclər Şəbəkəsinin” (ECAYN) ilk "Gənclər Liderliyin Görüşü" keçirilib
The IFRC and the Italian Red Cross held the first "Youth Leadership Meeting" of ECAYN in Solferino, Italy

19-22 iyun 2024-cü il tarixində  İtaliyanın Solferino şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXF) Avropa və Mərkəzi Asiya gənclər şəbəkəsi liderlərinin ilk görüşü keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cavidan Muradov ora səfər edib.

Açılışda Avropa və Mərkəzi Asiya gənclər şəbəkəsinin tarixi, fəaliyyəti, məqsəd və strukturu barədə bəhs edilib. İştirakçılar Beynəlxalq Hərəkat Muzeyini ziyarət edərək oktyabr ayında Cenevrədə keçiriləcək Baş Assambleya və Nümayəndələr Şurasında qaldırılacaq mühüm məsələləri müzakirə ediblər. Nümayəndələr tərəfindən, qrup müzakirələri vasitəsi ilə  mental sağlamlıq, iqlim dəyişikliyi, gənclərin kommunikasiyası və s. məsələlərinə toxunulub.

Həmçinin, İtalyan Qızıl Xaç Cəmiyyəti və Federasiyanın nümayəndələri tərəfindən təlimlər keçirilib, hər Milli Cəmiyyətlərə məxsus əşyalardan, yeməklərdən ibarət yarmarka baş tutub.

Tədbirin kulminasiya nöqtəsi isə Solferino döyüşü qurbanlarının təxliyyə marşrutunu izləyən Solferinodan Castiglione delle Stiviere-yə qədər məşəl yürüşü olub.

Görüşün nəticəsində “Mərkəzi Asiya +2” subşəbəkəsinin yaradılmasına dair təklif verilib. Belə ki, subşəbəkəyə daxil olan ölkələrin Milli Cəmiyyətləri daha sıx əməkdaşlığa addım atıb, beynəlxalq səviyyədə daha yüksək təqdim olunacaqlar. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də oraya cəlb olunacaq.